...

"Azərenerji" ASC "Şimal" elektrik stansiyasının yenidənqurulması çərçivəsində tender elan edib

Energetika Materials 10 Avqust 2010 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) "Şimal" elektrik stansiyasının ikinci 400 meqavatlıq buxar-qaz qurğusunun layihələşdirilməsi, təmin olunması, tikintisi, quraşdırılmsı və istismara verilməsi üzrə beynəlxalq tender elan edib. Bu barədə çərşənbə axşamı rəsmi mətbuatda yerləşdirilmiş məlumatda deyilir.

Tender təklifləri bu gündən başlayaraq oktyabrın 11-i saat 16:00-dək iki dildə -  (Azərbaycan və ingilis dillərində) SC-yə təqdim olunmalıdır. Tender təklifləri elə həmin gün açıqlanacaq. İştirakçılar tender təkliflərinin olduğu paketlərin açılma prosesində iştirak edə bilərlər.

Nəzərdə tutulmuş işlər SC və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında 2005-ci il mayın 13-də imzalanmış kredit sazişi əsasında həyata keçiriləcək.

Əlaqələr:

Akademik Əbdülkərim Əlizadə küçəsi, 10

"Azərenerji" ASC AZ 1005

Bakı şəhəri, Azərbaycan.

Tel./faks: (+99412) 493 10 89

E-mail: [email protected]

Əlaqə saxlanılan şəxs: İslam Rəfibəyli.

Xəbər lenti

Xəbər lenti