...

"Azərenerji" şəbəkəsində elektrik enerjisi istehlakı artıb

Energetika Materials 31 Avqust 2010 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Yanvar-iyul aylarında "Azərenerji" ASC-nin tərkibinə daxil olan paylayıcı şəbəkələr tərəfindən 3,7 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 milyon kiovat-saatdan çox artıb. Bu barədə çərşənbə axşamı ASC-dən verilən məlumatda deyilir. Daimi əhali istehlakçı qrupunda isə istehlak 1,4 milyard kilovatsaata yaxın olub.

Məlumatda deyildiyi kimi, istifadə olunan elektrik enerjisinə görə ümumi ödəniş bu dövrdə 90 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstərisindən altı faiz çoxdur. O cümlədən əhali istehlakçı qrupu üzrə ödəniş 77 faizə yaxın olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən iki faiz çoxdur.

İyul ayında paylayıcı şəbəkələr tərəfindən 543,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub. Bu dövrdə ümumi ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 87 faiz olub.

Xəbər lenti

Xəbər lenti