...

Azərbaycan 2020-ci il üçün qaz hasilatını 55 milyard kubmetrədək çatdırmaq niyyətindədir

Energetika Materials 15 Sentyabr 2010 14:06 (UTC +04:00)
2012-ci il üçün Azərbaycan qaz hasilatını 55 milyard kubmetrədək, 2020-ci il üçün isə bu göstəricini 55 milyard kubmetrədək artırmaq fikrindədir. Bu barədə ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) Qaz İxracı İdarəsinin rəhbəri Kamal Abbasov məlumat verib.
Azərbaycan 2020-ci il üçün qaz hasilatını 55 milyard kubmetrədək çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci il üçün Azərbaycan qaz hasilatını 55 milyard kubmetrədək, 2020-ci il üçün isə bu göstəricini 55 milyard kubmetrədək artırmaq fikrindədir. Bu barədə ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) Qaz İxracı İdarəsinin rəhbəri Kamal Abbasov məlumat verib.

"Şahdəniz" yatağı ilə yanaşı, bizdə başqa perspektiv strukturlar da var ki, onlar gələcəkdə qaz hasilatı həcmlərinin artırılmasına pay verməyə kömək edəcək. Bizdən qaz alacaq bazarların genişlənmə perspektivi də var. Ona görə də biz müvafiq qaz nəqli infrastrukturunu artırmalıyıq", - Abbasov bildirib.

Bu gün Azərbaycan, məsələn, Azərbaycanın sıxılmış qazının Rumıniyaya nəqlini nəzərdə tutan AGRI layihəsi kimi qaz ixracı üçün yeni yollar axtarır. Bu qaz daha sonra Macarıstan kimi Avropa ölkələrinin bazarlarına çıxa bilər.

"Biz, həmçinin, Gürcüstan ərazisindən istifadə edərək, sıxılmış təbii qazın sonradan digər Avropa ölkələrinin bazarlarına çıxarmaq üçün Bolqarıstana nəqli imkanlarını nəzərdən keçiririk", - Abbasov deyib.

Bu gün Azərbaycan hasil etdiyi qazı Gürcüstan, Türkiyə və Rusiyaya ixrac edir. İran və Avropa ölkələrinə də qaz ixracına başlanacağı gözlənilir.

Azərbaycanın potensial qaz ehtiyatları beş trilyon kubmetr həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti