...

ARDNŞ Azərbaycanda neft məhsullarının pərakəndə satış bazarında iştirakının genişləndirilməsi üzrə iş aparır

Energetika Materials 18 Sentyabr 2010 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/Trend, müxbir E.İsmayılov/

"SOCAR" brendi ilə yanacaqdoldurma məntəqələrinin açılışı şirkətin inkişaf strategiyasının bir hissəsidir. Bu barədə şənbə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Strategiya karbohidrogenlərin hasilatı, məhsulların emalı və onların pərakəndə satış bazarında satılması işlərini nəzərdə tutur, - Abdullayev qeyd edib.

Hazırda Bakıda "SOCAR" brendi ilə beş yanacaqdoldurma məntəqəsi var. Abdullayevin sözlərinə görə, bu ilin sonuna qədər adha bir neçə yanacaqdoldurma məntəqəsinin istismara verilməsi planlaşdırılır. Bunlardan ikisi Bakı-Sumqayıt yolunda, ikisi Bakı-Ələt yolunda olacaq. Bundan başqa, Babək prospektində daha iki məntəqənin tikilməsi barədə qərar qəbul edilib.

Abdullayevin sözlərinə görə, ARDNŞ-in məntəqələrində ölkənin neft məhsullarının yeganə istehsalçısı, neft məhsullarının pərakəndə satış bazarının digər iştirakçılarından alınan eyni yanacaq satılır. Abdullayevin dediyi kimi, ARDNŞ-in neft emalı zavodlarında istehsal olunan yanacaq Avro-2 standartlarına uyğundur.

Xəbər lenti

Xəbər lenti