...

İranda benzin beynəlxalq standartlara uyğundur

Energetika Materials 2 Oktyabr 2010 17:50 (UTC +04:00)
İranın neft-kimya komplekslərində istehsal edilən benzinin keyfiyyəti beynəlxalq standartlara uyğundur. Bu barədə İran Parlamentinin sənaye komitəsinin üzvü Şərif Səid Hüseyni deyib. Xəbəri "Mojnews" agentliyi yayıb.
İranda benzin beynəlxalq standartlara uyğundur

Azərbaycan, Bakı, 2 oktyabr/Trend, müxbir А.Yusifzadə/

İranın neft-kimya komplekslərində istehsal edilən benzinin keyfiyyəti beynəlxalq standartlara uyğundur. Bu barədə İran Parlamentinin sənaye komitəsinin üzvü Şərif Səid Hüseyni deyib. Xəbəri "Mojnews" agentliyi yayıb.

İran OPEC-də neft istehsalı üzrə ikinci yeri tutur, həmçinin qaz ehtiyatlarına görə dünyada ikinci yerdədir.

Yaxın üç ildə Abadan və İsfahan neft emalı zavodlarında Avro-4 və Avro-5 standartlara uyğun olan benzinin istehsalını sutkada 11 milyon litrə qədər artırmaq planlaşdırılır. İnvestisiyaların məbləği səkkiz milyard dollar təşkil edəcək.

Bundan əvvəl İranın neft sənayesi naziri Səid Maqsud Мirkaziminin dediyi kimi, son zamanlar İranın altı neft-kimya kompleksində benzin istehsalı sutkada 44 milyon litrdən 66,5 milyon litrə qədər artıb.

Hazırda İranda benzinin orta məsrəfi sutkada 63 milyon litrə qədər azalıb.

Xəbər lenti

Xəbər lenti