...

ARDNŞ Rusiyaya qaz ixracını davam etdirir

Energetika Materials 12 Noyabr 2010 18:03 (UTC +04:00)

Аzərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.İsmayılov/

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı müqavilə çərçivəsində Rusiyaya sutkada 3 milyon kubmetrədək qaz ixrac edir. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, bundan əvvəl Azərbaycan qazının Rusiya istiqamətində ixrac həcmləri 4,5 milyon kubmetrə çatırdı.

"İndi Rusiyaya 2,5-3 milyon kubmetr qaz ixrac olunur", - mənbə bildirib.

Bir az əvvəl ARDNŞ-nin məlumatına görə, şirkət yanvar-oktyabr aylarında ortamüddətli müqavilə çərçivəsində Rusiyaya 494,6 milyon kubmetrdən çox qaz ixrac edib. İyulda Rusiyaya 66,4 milyon kubmetr Azərbaycan qazı nəql olunub. İyunda bu göstərici 81,54 milyon kubmetr olub.

Sentyabrın əvvəlində ARDNŞ və Rusiyanın qaz inhisarçısı "Qazprom" qaz ixracı haqqında sazişə əlavə imzalayıblar. Həmin sənədə görə, 2011-ci ildən qaz alışı həcmləri ildə iki milyard kubmetrədək, 2012-ci ildə isə iki milyard kubmetrdən çox təşkil edəcək.

Rusiyaya Azərbaycan qazının tədarükünə bu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti