...

Türkmənistan Avropaya 40 milyard kubmetrədək qaz tədarük edə bilər - Baş nazirin müavini

Energetika Materials 19 Noyabr 2010 16:01 (UTC +04:00)
Türkmənistan Avropaya 40 milyard kubmetrədək qaz tədarük edə bilər.
Türkmənistan Avropaya 40 milyard kubmetrədək qaz tədarük edə bilər - Baş nazirin müavini

Türkmənistan, Aşqabad, 19 noyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Avropaya 40 milyard kubmetrədək qaz tədarük edə bilər. Bu barədə cümə günü Türkmənistan Baş nazirinin müavini Baymurad Xocaməhəmmədov Aşqabadda keçirilən "Türkmənistanın neft və qazı-2010" forumu zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Türkmənistan qərb istiqamətində gücü 30 milyard kubmetr olan "Şərq-Qərb" qaz kəmərini tikir.

"Ölkənin qərbində qaza daxili tələbatı və oradan da qazın İrana nəqlini nəzərə alaraq, bizim ildə 40 milyard kubmetrədək sərbəst qazımız olacaq. Odur ki, Avropa ölkələrinin narahatlığına ehtiyac yoxdur", - Xocaməhəmmədov bildirib.

O həmçinin qeyd edib ki, Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin tikintisi Türkmənistanın təbii qazın satış istiqamətlərinin şaxələndirilməsi üzrə siyasətinə uyğundur.

Transxəzər qaz kəmərinin tikintisi türkmən qazının Azərbaycana, oradan da Avropa istiqamətində nəqlinə imkan verəcək.

"Transxəzər qaz kəmərinin tikintisi bütün ekoloji normalara əməl etməklə və ekspertizalar aparmaqla  razılaşdırılacaq ki, bu da Türkmənistanın təbii qazın satış istiqamətlərinin şaxələndirilməsi üzrə siyasətinə uyğundur", - Xocaməhəmmədov bildirib.

Eləcə də "Nabukko" qaz kəməri layihəsi üçün xammal bazası məsələsinə toxunan baş nazirin müavini deyib: "Artıq 2011-ci ildə Türkmənistana Malayziyanın "Petronas" şirkətinin dəniz blokundan hasil edəcəyi beş milyard kubmetr həcmində qaz üçün bazar lazım olacaq".

Xəbər lenti

Xəbər lenti