...

Azərbaycanın sənaye və energetika naziri Qara dəniz iqtisadi forumunda iştirak edəcək

Energetika Materials 24 Noyabr 2010 14:13 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev 26-27 noyabrda Yaltada baş tutacaq Qara dəniz iqtisadi forumunda iştirak edəcək. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.
Azərbaycanın sənaye və energetika naziri Qara dəniz iqtisadi forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev 26-27 noyabrda Yaltada baş tutacaq Qara dəniz iqtisadi forumunda iştirak edəcək. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.

Forum Ukrayna Prezidenti Viktor Yanukoviçin və Krım Muxtar Respublikasının Nazirlər Şurasının dəstəyi ilə keşiriləcək.

Forumda Natiq Əliyev nitq söyləyəcək. Əliyevin Ukrayna Baş nazirinin birinci müavini Andrey Klyuev və yanacaq və energetika naziri Yuri Boyko ilə görüşü nəzərdə tutulub.

Forumda Rusiya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya, Yunanıstan, Moldova nümayəndələri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti