...

Ceyhan neft terminalından 1350 tanker yüklənib

Energetika Materials 26 Noyabr 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.İsmayılov/

Noyabrın 26-na olan məlumata görə, 2006-cı il iyunun 2-dən "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1350 tanker Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan neftlə yüklənib. Bu barədə cümə günü BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət boru kəməri şirkəti "Botaş" tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Məlumatda deyildiyinə görə, həmin dövr ərzində tankerlərə yüklənmiş neftin həcmi 1,06 milyon barel təşkil edib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti