...

BP 2010-cu ildə Azərbaycanda 42 milyon tondan çox yüngül neft hasil etməyi planlaşdırır

Energetika Materials 30 Noyabr 2010 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Əliyev/

BP 2010-cu ildə Azərbaycanda iri "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi çərçivəsində 42,1 milyon ton yüngül neft hasil etməyi planlaşdırır. Bu barədə "BP Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşir çərşənbə axşamı mətbuat konfransında bildirib.

"2010-cu ilin üç rübü ərzində "Azəri-Çıraq-Günəşli" yatağında Azeri Light növlü neftin hasilatı 42,1 milyon ton proqnozu ilə 30,8 milyon ton təşkil edib", - Cavanşir deyib.

Üç rüb ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əsaslı xərclər 2010-cu il üzrə planlaşdırılan 1,584 milyarda qarşı 1,149 milyard dollar təşkil edib. Bu dövr ərzində əməliyyat xərcləri cari il üçün nəzərdə tutulan 587 milyon dollara qarşı 270 milyon dollar olub.

"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə layihənin iştirakçıları BP (operator, 37,43 faiz iştirak payı), Chevron (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), Statoil (8,56 faiz), Exxon (8 faiz), TPAO (6,75 faiz), Itochu (4,3 faiz), Hess şirkətidir (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti