...

ARDNŞ Asiyada fəaliyyətini genişləndirir

Energetika Materials 7 Dekabr 2010 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "SOCAR Trading" şirkəti gələn ildən Asiyada mazut və nafta ticarətini genişləndirməyi planlaşdırır. Bu, Sinqapurda rezervuarların lizinqini nəzərdə tutur. Bu barədə "Reuters" çərşənbə axşamı "SOCAR Trading" şirkətinin vitse-prezidenti Arzu Əzimova istinadən məlumat verib.

"SOCAR Trading" Sinqapurdakı ofisini Asiyada xam neft ticarətinin inkişafına, eləcə də uzunmüddətli müqavilələr hesabına bazarda öz payının artırılmasına görə tam cavabdeh ofisə çevirmək niyyətindədir.

"SOCAR Trading"in Sinqapurda fəaliyyətinin genişləndirilməsi Qərbdən Şərqə mazutun arbitraj tədarükü və dünyadakı ən iri bunker limanına gəmi yanacağının satışı, eləcə də neftin saxlanılması obyektlərinin təmin olunması hesabına həyata keçiriləcək.

"Biz Qərbdən Şərqə arbitraj mazutunu nəql etmək [...] və Sinqapurda bunker biznesinə başlamaq istəyirik", - Əzimov bildirib.

O, deyib ki, hazırda şirkət əsasən Qərb ölkələri ilə ayda 200 min tona yaxın mazut ticarəti edir, lakin bu həcmi Aralıq dənizindəki neft emalı zavodlarından daha böyük miqdarda yanacağın axtarışı hesabına artırmağı planlaşdırır.

"SOCAR Trading" Sinqapurda neftin saxlanması üçün rezervuarların lizinqi məsləsi ilə bağlı operatorlarla danışıqlar aparırı ki, bu da gəmi yanacağının satışına dair planın bir hissəsidir.

"SOCAR Trading" şirkəti bundan əvvəl Fuceyra limanında (BƏƏ) 650 min kubmetr həcmində terminalın tikintisinə sərmayə qoyub və onun təqribən 18 ay ərzində istismara veriləcəyi gözlənilir.

Treyder artıq Avropadakı neft-kimya məhsullarının istehsalçıları üçün xam neft ixrac edir və Asiya alıcıları üçün də neft məhsullarını satmağı planlaşdırır.

Sinqapurdakı ofis gələcəkdə öz fiziki həcmlərinin hecləşdirilməsi üçün alət kimi svop neft bazarında ticarəti planlaşdırır.

"Biz svop bazarında fəal çalışırıq, lakin bütün bunlar hamısı Cenevrənin hüdudlarından kənarda (şirkətin baş ofisinin yerləşdiyi - red.) edilir. Əvvəl-axır Sinqapur bunu özü edəcək", - Əzimov bildirib.

Xəbər lenti

Xəbər lenti