...

Azərbaycan və Türkiyə arasında mineral ehtiyatların axtarışı və tədqiqi sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb(ƏLAVƏ OLUNUB-2)(FOTO)

Energetika Materials 22 Yanvar 2011 15:52 (UTC +04:00)
Şənbə günü Bakıda Azərbaycan və Türkiyə arasında mineral ehtiyatların axtarışı və tədqiqi sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb. Sənəd ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclası zamanı imzalanıb.
Azərbaycan və Türkiyə arasında mineral ehtiyatların axtarışı və tədqiqi sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb(ƏLAVƏ OLUNUB-2)(FOTO)

Fotoşəkillər əlavə olunub (əvvəlki xəbər  14:58-də yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Axundov/

Şənbə günü Bakıda Azərbaycan və Türkiyə arasında mineral ehtiyatların axtarışı və tədqiqi sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb. Sənəd ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclası zamanı imzalanıb.

İclasın yekunları üzrə Azərbaycan Baş nazirin müavini Abid Şərifovla Türkiyənin energetika naziri Taner Yıldız tərəfindən yekun protokol da imzalanıb.

Baş nazirin müavini Abid Şərifovun iclasın yekununda dediyi kimi, imzalanmış protokolda təhsil, tələbə mübadiləsi, xüsusilə də səhiyyə sahəsində əməkdaşlığa böyük diqqət ayrılıb.

Türkiyəli nazirin sözlərinə görə,komissiyanın birgə işi qarşılıqlı əməkdaşlığın bir çox sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.

"Bu iclasın keçirilməsi bir növ Türkiyə-Azərbaycan Strateji Şurasının keçirilməsinə hazırlıqdır", - Yıldız bildirib.

"Son illər iki ölkə arsında iqtisadi münasibətlər uğurla inkişaf edir. Buna misal kimi 10 il əvvəl mal dövriyyəsinin 250-300 milyon dollar olduğu halda, indi onun 2,5-3 milyard dollaradək artdığını göstərmək olar", -Yıldız bildirib.

Onun sözlərinə görə, iki dövlətin məqsədi mal dövriyyəsini 5 milyard dollaradək artırmaqdır. Nazirin dediyinə görə, bunun üçün bütün imkanlar var.

Yıldız qeyd edib ki, Türkiyə azərbaycanlı sərmayədarların turizm, nəqliyyat, xüsusilə də neft-qaz sahəsindəki fəaliyyətlərini diqqətlə izləyir.

Xəbər lenti

Xəbər lenti