...

Azərbaycan 2011-ci ildə elektrik enerjisi istehsalını artıracaq

Energetika Materials 27 Yanvar 2011 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə "Azərenerji" SC ( Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 2010-cu ilin 18,4 milyard kilovatt-saat göstəricisinə nisbətdə bu il 19,2 milyard kilovatt-saat elektrik enerjisi hasil etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı energetika bazarındakı mənbə bildirib.

"Bu il ölkədə elektrik enerjisi istehsalının artması gözlənilir. 2011-ci ildə hasilatın ümumi həcmi 19,2 milyard kilovatt-saat olacaq", - mənbə deyib.

2010-cu ilin dekabrında "Azərenerji" tərəfindən 1,7 milyard kilovatt-saat elektrik enerjisi hasil olunub. Bu göstərici ötən ilin noyabrında 1,5 milyard kilovatt-saat təşkil edib.

Xəbər lenti

Xəbər lenti