...

ARDNŞ Bakını yeni nəsil qaz sayğacları ilə tam təmin edəcək

Energetika Materials 3 Fevral 2011 17:22 (UTC +04:00)
Azərbaycanda binaların bacalarının işinə nəzarəti təmin edən struktur yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib.
ARDNŞ Bakını yeni nəsil qaz sayğacları ilə tam təmin edəcək

Azərbaycan, Bakı, 3 fevral/Trend, müxbir E.İsmayılov/

Azərbaycanda binaların bacalarının işinə nəzarəti təmin edən struktur yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı mətbuat konfransında ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib.

Onun sözlərinə görə, binaların bacalarının təmizlənməsi məsələsi açıq qalır və yaxın vaxtlardabu sahədə fəaliyyət göstərəcək xüsusi struktur yaradılacaq. Bacaların tutulması tez-tez əhali arasında dəm qazından zəhərlənməsi hallarına səbəb olur, buna görə bu məsələ aktualdır, Hacıyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə qazdan istifadə zamanı baş verən bədbəxt hadisələrin ümumi sayının 84,1 faizi yanan məhsullardan zəhərlənmələrin, 10,6 faiz partlayışların, 5,4 faiz yanğınların payına düşüb. Öz növbəsində cari ilin yanvarında bədbəxt hadisələrin ümumi sayının 71,5 faizi zəhərlənmələrin, 28,6 faizi partlayışların payına düşüb.

Hacıyev onu da qeyd edib ki, əhalinin smart-kart sayğacları ilə təmin edilməsi üzrə işlər davam etdirilir. Bakıda və ətraf qəsəbələrdə abonentlərin yeni nəsil sayğacları ilə təmin edilməsi üzrə işlərin bu ilin sonuna və ya gələn ilin ortalarına başa çatdırılması planlaşdırılır.

"İlk növbədə periferiya üçün sayğacların quraşdırılması üzrə işlər aparılır, çünki Bakının mərkəzində qazdan istifadəyə görə ödənişlərlə bağlı böyük problem yoxdur", - o, qeyd edib.

Hazırda ölkədə qaz sayğaclarının təmini üzrə ümumi göstərici 98 faiz təşkil edir.

2010-cu ildə 77 min yeni abonent sayğacla təmin edilib. Ötən il 81,8 min sayğac dəyişdirilib, "Azəriqaz" rəhbəri vurğulayıb. Əhali qrupundan olan abonentlərə sayğaclar İB tərəfindən pulsuz verilir.

Hacıyevin sözlərinə görə, 2010-cu ilin yekunları üzrə istifadə edilən qaza görə əhali arasında  ödəniş 96 faiz, sənaye müəssisələri üzrə 67 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti