...

"Bakıelektrikşəbəkə" SC yeni sayğaclar quraşdırır

Energetika Materials 23 Fevral 2011 18:41 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" SC smart kartlardan istifadə etməklə işləyən və GSM əsasında fəaliyyət göstərən yeni sayğaclar tətbiq etməyə başlayıb.
"Bakıelektrikşəbəkə" SC yeni sayğaclar quraşdırır

Azərbaycan, Bakı, 23 fevral /Trend/

"Bakıelektrikşəbəkə" SC smart kartlardan istifadə etməklə işləyən və GSM əsasında fəaliyyət göstərən yeni sayğaclar tətbiq etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə SC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"SMS-in köməyi ilə idarə edilən sayğacların bu növü öncədən ödəniş əsasında işləyir və ödəniş haqqında məlumatları uzaq məsafədən yükləməyə imkan verir", - məlumatda deyilir.

Sayğacda quraşdırılan GSM modemin köməyi ilə ödəniş ödənişin edilməsi haqqında məlumat daxil olduqdan sonra edilir. Bu məlumatlar mərkəzi sistemdə saxlanılır. Bu, elektrik enerjisindən istifadə qaydalarını pozan abonentlərə qarşı operativ tədbirlər görməyə imkan verir.
Bunların hamısı şəbəkə daxilində işin tənzimlənməsində böyük rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti