Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
"Moody's" beynəlxalq reytinq agentliyi ARDNŞ-yə 2010-cu ilin fevralında verilən korporativ reytinqi və mümkün defolt reytinqini "Ba1" səviyyəsində qiymətləndirib. Bu barədə Trend-ə çərşənbə axşamı agentliyin Moskva nümayəndəliyindən bildirilib.
"Bu, illik təsdiqdir, çünki biz ildə bir dəfə mütləq kredit rəyini buraxmalıyıq və reytinqi müzakirə etməliyik, lakin çox güman biz şirkət 2010-cu il üçün hesabatı təqdim etdikdən sonra onu yenidən müzakirə edəcəyik. Bu, yeni reytinq deyil, yəni artıq mövcud olan reytinqin təsdiqidir", - Moody's-in nümayəndəliyindən deyiblər.
Məlumata əsasən, şirkət ilin yekunları üzrə strukturun hesabatlarının dərc edilməsinin nəticələri ilə bağlı yenidən qiymətləndirməni aparmağa çalışır. Agentlik şirkətin ilin fəaliyyət yekunları üzrə öz hesabatını dərc edən zaman ARDNŞ-nin reytinqinə mütəmadi olaraq yayda yenidən baxmaq niyyətindədir.
"Suveren Azərbaycanın reytinqi üzrə proqnoz dəyişib və biz bunun bilavasitə şirkətin reytinqinə təsir edib-etməyəcəyini görməli idik. Hazırda bilavasitə belə təsir tərəfimizdən qeydə alınmayıb", - agentlikdən qeyd ediblər.
ARDNŞ 100 faizlik dövlət mülkiyyətindədir və dövlətin ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyətə malik neft-qaz sahəsində maraqlarını təmsil edir, eləcə də ölkədə iri vergi ödəyicisidir.
Azərbaycanda neft-qaz yataqlarının çoxu ARDNŞ tərəfindən öz vəsaitləri hesabına işlənir. ARDNŞ Azərbaycanın xarici iştiraklı yataqlarının, xüsusilə də "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə bütün layihələrin iştirakçısıdır.