...

Ceyhan neft terminalından 1480-dən çox tanker yüklənib

Energetika Materials 1 Aprel 2011 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 1-nə olan məlumata görə, 2006-cı il iyunun 2-dən "BOTAŞ International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1,156 milyard barel Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan neft yüklənib. Bu il martın 1-nə olan məlumatda bu rəqəm 1,13 milyard barel olub. Bu barədə cümə günü BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Məlumata görə, aprelin 1-dək Ceyhandan 1483 tanker yüklənib. Martın 1-nə bu rəqəm 1447 tanker təşkil edib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti