...

"Azərikimya" İB iki zavodunda istehsalı bərpa edib

Energetika Materials 15 Aprel 2011 19:56 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi Səthi aktiv maddələr zavodunu təmirdən sonra istismara verib.
"Azərikimya" İB iki zavodunda istehsalı bərpa edib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi Səthi aktiv maddələr zavodunu təmirdən sonra istismara verib. Bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

2011-ci ilin yanvarından isə Birliyin Səthi aktiv maddələr zavodunun civə üsulu ilə kaustik soda və xlor istehsalatının elektroliz vannaları təmirə dayandırılmışdı. Aprelin 14-də istehsalat işə salınıb, kaustik soda, maye xlor və xlorid turşusu istehsalı bərpa edilib.

Səthi aktiv maddələr zavodunda aparılan təmir işləri ilə əlaqədar "Üzvi sintez" zavodundakı müvafiq istehsalatın da fəaliyyətinə ara verilmişdi. Bu müddət ərzində zavodun əhəng südü və propilen oksidi istehsalatlarında da müvafiq təmir işləri aparılıb. Artıq həmin istehsalat sahələrində də fəaliyyət bərpa olunub.

Xəbər lenti

Xəbər lenti