...

Ceyhan neft terminalından 1500-dən çox tanker yüklənib

Energetika Materials 19 Aprel 2011 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 19-na olan məlumata görə, 2006-cı il iyunun 2-dən "BOTAŞ International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1502 tanker yüklənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, bu müddət ərzində Ceyhandan 1,169 milyard barel neft yüklənib.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ tərəfindən təsis edilib, 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil olunub.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%).

Xəbər lenti

Xəbər lenti