...

BP və Azərbaycanda enerji layihələri üzrə tərəfdaşları daxili bazarın inkişafına dair işi davam etdirirlər

Energetika Materials 21 İyun 2011 14:20 (UTC +04:00)
Çərşənbə axşamı Britaniyanın BP şirkəti Azərbaycanda həyata keçirilən enerji layihələri çərçivəsindəki tərəfdaşları adından "Alıcı ilə tanış ol" sərgisini təşkil edib.
BP və Azərbaycanda enerji layihələri üzrə tərəfdaşları daxili bazarın inkişafına dair işi davam etdirirlər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.İsmayılov/

Çərşənbə axşamı Britaniyanın BP şirkəti Azərbaycanda həyata keçirilən enerji layihələri çərçivəsindəki tərəfdaşları adından "Alıcı ilə tanış ol" sərgisini təşkil edib.

BP sərgini "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri layihələri çərçivəsindəki tərəfdaşları adından təşkil edib.

Sərgi yerli şirkətlərin öz məhsul və xidmətlərini potensial alıcılara təqdim edə bilməsi məqsədilə keçirilib.

Tədbirdə 90-a yaxın yerli şirkət iştirak edir. Onların hamısı biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələndirmə, tikinti, maddi-texniki tədarük, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən müəssisələrdir. Bu müəssisələr BP və onun tərəfdaşlarının sponsorluq etdiyi milyonlarla dollar dəyərində olan Sahibkarlığın İnkişafı və Təlim Proqramının (SİTP) iştirakçılarıdır.

Bundan başqa, təxminən 50 şirkət və təşkilat bu tədbirdə potensial alıcı kimi iştirak edib.

Tədbirin açılışında BP-nin kontraktların icrası üzrə meneceri Pol Evansın dediyinə görə, sərgi BP və onun tərəfdaşlarının regionda təşkil etdiyi ilk belə sərgidir.

"Azərbaycanda həyata keçirilən əməliyyatlarda yerli şirkətlərin iştirakının artırılması bizim üçün strateji məqsəddir. Bu məqsədə çatmaq üçün biz Azərbaycandakı şirkətlərə regionda çox mühüm neft-qaz işləmələrinə dəstək olmaq üçün öz bizneslərini inkişaf etdirmək məqsədilə kömək edirik. Bunun üçün biz bir sıra proqramlar, xüsusilə Sahibkarlığın inkişafı və Təlim Proqramını hazırlamışıq", - o bildirib.

İndiyədək bu prqoramı 90-dək yerli şirkət başa vurub. Onlardan 17-si xüsusilə uğurlu olub. Bunlar BP ilə ümumi dəyəri 65 milyon dollardan artıq müqavilələr bağlayaarq yeni iş yerləri açmağa və sərmayələr qoymağa nail olmuş şirkətlərdir. Onlar hazırda BP-nin Azərbaycanda və Gürcüstanda həyata keçirdiyi əməliyyatlarda podratçı kimi iştirak edir.

"Beş il bundan əvvəl BP ölkə daxilindəki xərclərini ikiqat artıraraq ildə 1 milyard dollara çatdırmaq məqsədini açıqlamışdı - bura həm birbaşa, həm də öz beynəlxalq podratçıları vasitəsilə dolayısı ilə xərclədiyi məbləğ daxildir. Bu məqsədə şirkət artıq 2009-cu ildən başlayaraq nail olmağa başlayıb və bundan sonra da yerli bazarın inkişafına kömək etmək öhdəliyimizə sadiq qalacağıq", - Evans qeyd edib.

Xəbər lenti

Xəbər lenti