...

ARDNŞ yeraltı qaz anbarlarına 1,8 milyard kubmetrdən çox qaz vurub

Energetika Materials 23 İyun 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.İsmayılov/

Qazın vurulması mövsümünün başladığı vaxtdan Azərbaycanın yeraltı qaz anbarlarına 710,44 milyon kubmetr qaz vurulub. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə məlumat verib.

Hazırda ölkə iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına malikdir.

Mənbənin sözlərinə görə, hazırda vurulan qazın ümumi həcmindən 401,5 milyon kubmetrə yaxın "Qaradağ" anbarının, qalan 309 milyon isə "Qalmaz"ın payına düşür.

Azərbaycanın yeraltı qaz anbarlarında 1,85 milyard kubmetrdən artıq qaz var ki, bunun 1,14 milyard kubmetrı ötən ildən qalan qazdır.

"İndi qaz anbarlarına sutka ərzində 9 milyon kubmetrə yaxın qaz vurulur ki, bu da "Şahdəniz" yatağından qazın nəqlinin məhdudlaşdırılması ilə əlaqədardır. Buna qədər vurulmanın həcmi sutkada 12-14 milyon kubmetr təşkil edirdi", - mənbə bildirib.

Onun sözlərinə görə, bu il qaz anbarlarına vurulan qazın həcminin ötənilki səviyyədə olacağı gözlənilir, lakin mənbə onun artırılması imkanını istisna etmir.

Qaz anbarlarına qazın vurulması mövsümü sentyabr-oktyabrda gözlənilir.

Ötən mövsümdə ölkənin yeraltı qaz anbarlarından 1,92 milyard kubmetrə yaxın qaz götürülüb.

2010-2011-ci illərdə qazın vurulması mövsümünün başa çatmasının yekunları üzrə ölkənin yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 3,05 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti