...

Azərbaycanda transformator yağının yeni standartları təsdiq edilib

Energetika Materials 26 İyul 2011 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan transformator yağının yeni standartlarını təsdiq edib. Bu barədə çərşənbə axşamı Trend-ə institutdakı mənbə deyib.

Onun sözlərinə görə, ölkədə hələ Sovet dövründə qəbul edilən, mənfi 45 dərəcəlik donmaya hesablanan standartlardan istifadə edilirdisə, yeni standart mənfi 30 və mənfi 45 dərəcədə məhsul istehsalını nəzərdə tutur.

"Standart bütün aidiyyəti qurumlarla razılaşdırılıb və komitə tərəfindən təsdiq edilib", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, transformator yağı Azərbaycanda ARDNŞ-nin balansında olan "Azneftyağ" neft emalı zavodunda istehsal edilir.

Xəbər lenti

Xəbər lenti