...

Azərbaycan və Türkiyənin energetika nazirləri enerji sahəsində tərəfdaşlığı müzakirə edəcəklər

Energetika Materials 6 Sentyabr 2011 16:36 (UTC +04:00)
Azərbaycanın energetika naziri Natiq Əliyev türkiyəli həmkarı Taner Yıldızla regionda enerji tərəfdaşlığına dair bir sıra məsələləri müzakirə edəcək.
Azərbaycan və Türkiyənin energetika nazirləri enerji sahəsində tərəfdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycanın energetika naziri Natiq Əliyev türkiyəli həmkarı Taner Yıldızla regionda enerji tərəfdaşlığına dair bir sıra məsələləri müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verir.

"Danışıqlar Türkiyədə Texniki-İqtisadi Strateji Araşdırmalar Mərkəzində ikigünlük konfrans çərçivəsində aparılacaq", - agentlik bildirir.

Sentyabrın 8-9-da keçiriləcək konfransda qaz tranziti üzrə regional layihələr müzakirə olunacaq.

Tədbirdə Gürcüstanın, Şimali İraqın Kürd regional hökumətinin energetika nazirlərinin və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti