...

Böyük təbii qaz yatağının kəşf olunması Azərbaycanın Avropaya önəmli qaz ixracatçısı kimi potensialını bir daha təsdiq edir - ABŞ səfiri

Energetika Materials 11 Sentyabr 2011 02:16 (UTC +04:00)
Abşeron yatağında böyük təbii qaz yatağının və qaz kondensatının kəşfinin elan olunması həm Azərbaycan üçün, həm Total üçün, həm də Avropaya qaz nəqlini şaxələndirəcək Cənub dəhlizi üçün olduqca xoş xəbərdir. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza (Matthew Bryza) bildirib.
Böyük təbii qaz yatağının kəşf olunması Azərbaycanın Avropaya önəmli qaz ixracatçısı kimi potensialını bir daha təsdiq edir - ABŞ səfiri

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Abşeron yatağında böyük təbii qaz yatağının və qaz kondensatının kəşfinin elan olunması həm Azərbaycan üçün, həm Total üçün, həm də Avropaya qaz nəqlini şaxələndirəcək Cənub dəhlizi üçün olduqca xoş xəbərdir. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza (Matthew Bryza) bildirib.

"Bu kəşf Azərbaycanın Avropaya önəmli təbii qaz ixracatçısı kimi potensialını bir daha təsdiq edir." - əvvəllər ABŞ-ın Xəzər regionunda enerji siyasətinin əlaqələndiricisi olan Brayza əlavə edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanla, həmçinin Cənub dəhlizi layihəsini reallaşdıran digər ölkə və şirkətlərlə işləri davam etdirməyə ümid edir.

"Biz ümid edirik ki, Cənub dəhlizi Cənubi Qafqaz regionunda stabilliyi və əmin-amanlığı möhkəmləndirən gələcək layihələrin başlanğıcı olacaq." - Brayza vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağının kəşf olunmasını açıqlayıb.

"Abşeron" yatağında kəşfiyyat və əməliyyat işlərinin iştirakçısı olan Total şirkətinin məlumatına görə, ilkin hesablamalara əsasən, yatağın təbii qaz və qaz kondensatı ehtiyatı bir neçə trilion kub futa bərabərdir.

"Abşeron" layihəsinin iştirakçıları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) payı 40%, Fransa şirkəti olan "Total"ın payı 40%, "Gaz De France Suez" şirkətinin payı isə 20%-dir.

"Abşeron" yatağı Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti