...

Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür - ARDNŞ rəhbəri

Energetika Materials 21 Sentyabr 2011 11:13 (UTC +04:00)
Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür. Bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev Bakıda üçüncü "Gas Infrastructure World Caspian" konfransında bildirib.
Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür - ARDNŞ rəhbəri

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür. Bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev Bakıda üçüncü "Gas Infrastructure World Caspian" konfransında bildirib.

Onun sözlərinə görə, yeni yataqların kəşf olunması ilə Azərbaycanın qaz potensialı artır. Habelə, ötən il "Ümid" qaz-kondensat yatağı açılıb. Bu yaxınlarda isə Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının kəşf edildiyi elan edilib, həmçinin "Naxçıvan" və "Babək" perspektivli strukturlarının (ehtimal olunan qaz ehtiyatları 400 milyard kubmetr, kondensat 80 milyon ton) işlənməsi ilə bağlı planlar mövcuddur.

Azərbaycanın iri qaz ölkəsinə çevrilməsində "Şahdəniz" yatağı mühüm rol oynayıb, onun qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat isə 240 milyon tondan artıqdır. Abdullayev bildirib ki, hazırda birinci mərhələ çərçivəsində yataqda sutkalıq qaz hasilatı 23 milyon kubmetr, kondensat isə beş min ton təşkil edir.

Onun sözlərinə görə, ikinci mərhələnin həyata keçirilməsi nəticəsində bu yataqdan qaz hasilatının əlavə həcmləri 16-17 milyard kubmetr təşkil edəcək. İkinci mərhələ çərçivəsində qaz 2017-ci ildə əldə olunacaq.

ARDNŞ rəhbəri, həmçinin ölkədə qaz hasilatının artım tendensiyasını qeyd edib. 2004-cü ildən 2010-cu ilədək qaz hasilatının həcmi 5 milyard kubmetr 26 milyard kubmetrədək artıb.

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə müqavilənin razılaşdırılması prosesi başa çatmaq üzrədir. Proqnozlara görə, burada qaz ehtiyatları 300 milyard kubmetr həcmində qiymətləndirilir. Bununla əlaqədar Azərbaycanda qaz hasilatı 2017-18-ci illərədək 30 milyard kubmetr səviyyəsində, 2025-ci ilədək isə 50 milyard kubmetr səviyyəsində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti