...

Transxəzər qaz kəmərinin çəkilişi üzrə danışıqlar oktyabrda başlayacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 23 Sentyabr 2011 12:14 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilişi üzrə danışıqlara oktyabrda başlayacaq.
Transxəzər qaz kəmərinin çəkilişi üzrə danışıqlar oktyabrda başlayacaq (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:51-də yayılıb)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Axundov/

Avropa İttifaqı Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilişi üzrə danışıqlara oktyabrda başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Aİ-nin Vahid Xarici Siyasət Xidmətinin "Şərq tərəfdaşlığı" məsələləri üzrə İdarəsinin rəhbəri Qunar Viqand deyib.

"Bu layihənin yaradılması həm Avropa İttifaqına enerji resurslarının idxalı yollarının şaxələndirilməsi, həm də Azərbaycan və Türkmənistan üçün ixrac marşrutlarının şaxələndirilməsi baxımından vacibdir", - Viqand bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı kommersiya məqsədləri güdür və kiminləsə münasibətləri pozmaq və ya gərginliyi artırmaq kimi məqsədi yoxdur.

Bir müddət əvvəl Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlara başlamaq üçün mandatı təsdiqləyib. Bu, Xəzərdə qaz kəmərlərini tikintisinin əleyhinə olan Rusiya və İranın narazılığına səbəb olub.

"Biz yalnız öz enerji bazarımızı şaxələndirmək istəyirik. Azərbaycan Rusiya və digər ölkələr kimi öz enerji resurslarının ixracını şaxələndirmək istəyir", - Viqand deyib.

Onun sözlərinə görə, Rusiya Avropaya əsas qaz tədarükçüsüdür və bundan sonra da olacaq.

Xəbər lenti

Xəbər lenti