...

"Azəri-Çıraq-Günəşli"dən 248 milyon ton neft hasil olunub - ARDNŞ

Energetika Materials 24 Sentyabr 2011 16:47 (UTC +04:00)
Xəzərin Azərbaycan hissəsindəki "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işə salınmasından indiyədək 248 milyon ton neft hasil olunub.
"Azəri-Çıraq-Günəşli"dən 248 milyon ton neft hasil olunub - ARDNŞ

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan hissəsindəki "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işə salınmasından indiyədək 248 milyon ton neft hasil olunub. Trend-in məlumatına görə, bunu şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, yataqlardan hasil olunan neftin ümumi həcmindən 120 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.

"İndiyə qədər Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına 160 milyon ton neft tədarük edilib", - Yusifzadə deyib.

Hazırda Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2,55 milyard kubmetr təşkil edir.

Ölkə "Babək", "Naxçıvan", "Şəfəq-Asiman" və bu kimi perspektiv strukturların işlənməsini planlaşdırıb. Bu strukturlarda qaz ehtiyatlarının kəşfi nəinki yalnız Azərbaycanın özünün enerjidaşıyıcılara olan tələbatını deyil, həm də bir sıra Avropa ölkələrinin ehtiyacını təmin edəcək.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti