...

ABŞ Azərbaycanın güclü və rəqabətli enerji sektorunu dəstəkləyir - Dövlət Departamenti

Energetika Materials 18 Oktyabr 2011 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycanın inkişaf edən güclü və rəqabətli enerji sektorunu dəstəkləməyi davam etdirir. Bunu çərşənbə axşamı Bakıda jurnalistlərə ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns deyib.

"Biz ixrac marşrutlarını və boru kəmərlərinin diversifikasiyasını dəstəkləməyi davam etdirəcəyik", - o bildirib.

Börns hesab edir ki, bu, təkcə Azərbaycanın deyil, bütün dünya iqtisadiyyatının marağındadır.

"Biz bir neçə ixrac marşrutlarının və boru kəmərlərinin olmasını müsbət amil hesab edirik" , - o deyib.

ABŞ xüsusilə Azərbaycandan Avropaya olmaqla, Xəzər dənizi regionundan enerjidaşıyıcıların ixracının diversifikasiyalaşdırılması üzrə layihələri dəstəkləyir. Bunlara "Cənub dəhlizi" layihəsi aiddir.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti