Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/
CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 20-də 111,92 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 3,02 dollar/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 20-də 110,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,01 dollar/barel azdır.
Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 20-də 105,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,95 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 20-də 109,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,67 dollar/barel azdır.