...

ARDNŞ dəniz yataqlarında ekoloji monitorinq keçirib

Energetika Materials 28 Oktyabr 2011 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Abşeron bankası" və "Qərbi Abşeron" dəniz yataqlarında ekoloji monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü İdarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Monitorinq Ekologiya İdarəsi və "Azneft" İstehsalat Birliyi arasında bağlanmış müvafiq müqaviləyə əsasən, "MPK-452" gəmisi vasitəsilə keçirilib.

Monitorinqin məqsədi Xəzər dənizinin ekosisteminə təsir edən parametrlərin təyini və dəniz mühitində yem zəncirinin dinamikasının öyrənilməsi olub. Monitorinq zamanı seçilmiş stansiyalardan dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, stansiyalarda dəniz axınları ölçülüb, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilib.

Tədqiqatlar zamanı götürülmüş nümunələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti