...

Azərbaycan Xəzərə neft dağılmalarının qarşısının alınması üçün bütün imkanlara malikdir - FHN

Energetika Materials 21 Noyabr 2011 11:33 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) timsalında Xəzərdə karbohidrogenlərin hasilatı ilə bağlı fövqəladə vəziyyətlərin qarşısının alınması üçün bütün imkanlara malikdir.
Azərbaycan Xəzərə neft dağılmalarının qarşısının alınması üçün bütün imkanlara malikdir - FHN

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) timsalında Xəzərdə karbohidrogenlərin hasilatı ilə bağlı fövqəladə vəziyyətlərin qarşısının alınması üçün bütün imkanlara malikdir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən "Yanacaq-energetika komplekslərində sənaye təhlükəsizliyi. Dənizdə və quruda neft dağılmaları" konfransında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

"Hazırda Azərbaycan neft və qaz ixracı üçün yeddi boru kəmərinə malikdir. Ölkə quruda və dənizdə neft və qaz hasilatı ilə də məşğul olur. Bu baxımdan, neft dağılmaları ilə bağlı xəbərdarlıq və onların qarşısının alınması böyük əhəmiyyətə malikdir", - Tağızadə bildirib.

FHN dənizdə fövqəladə halların qarşısını almaq üçün 11 gəmiyə malikdir, onlardan yeddisi yanğınların qarşısının alınması üçün nəzərdə tutulub. Eləcə də nazirliyin balansında amfibiya təyyarələr və helikopterlər var.

Beləliklə, idarə hasilat platformalarında və quyuların fontan vurması zamanı baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün bütün zəruri avadanlıqlara, nəqliyyat vasitələrinə və texnologiyalara malikdir.

Tağızadənin sözlərinə görə, nazirlik bu sahədə Qazaxıstan və Rusiya ilə əməkdaşlıqda fəal işlər aparır. O cümlədən, Qazaxıstan və Rusiya ilə oxşar fövqəladə hallara cavab vermək üçün sistemin yaradılması üzrə də işlər görülür.

Xəbər lenti

Xəbər lenti