...

ARDNŞ Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 88-ə çatdırıb

Energetika Materials 15 Dekabr 2011 16:15 (UTC +04:00)
ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq SOCAR brendi ilə fəaliyyət göstərən daha 6 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub.
ARDNŞ Gürcüstanda yanacaqdoldurma məntəqələrinin sayını 88-ə çatdırıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq SOCAR brendi ilə fəaliyyət göstərən daha 6 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"SOCAR Georgia Petroleum" MMC tərəfindən inşa edilmiş yeni YDM-lər Sameqrelo-Yuxarı Svanetiya bölgəsinin Mestia rayonunda, Kaxetiya bölgəsinin Dedopliçkaro rayonunda, Şida Kartli bölgəsinin Qomi yaşayış məntəqəsində, Çalengixa rayonunun Cvari yaşayış məntəqəsində, Poti şəhərində və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə verilib.

Açılış mərasimlərində ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin və "SOCAR Energy Georgia" MMC-nin rəhbərləri, yerli icra hakimiyyətlərinin və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bununla da Gürcüstan ərazisində əhaliyə yüksək keyfiyyətlə xidmət göstərən SOCAR yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb.

Xəbər lenti

Xəbər lenti