...

Mingəçevir şəhərinin bir sıra ərazilərinə və Hacıqabul rayonunun kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 29 Dekabr 2011 15:59 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Mingəçevir şəhəri və Hacıqabul rayonunda təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Mingəçevir şəhərinin bir sıra ərazilərinə və Hacıqabul rayonunun kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Mingəçevir şəhəri və Hacıqabul rayonunda təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin, Mingəçevir şəhəri və Hacıqabul rayonu icra hakimiyyətlərinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Hacıqabul rayonunun Abdulabad kəndinə ilk dəfə təbii qaz verilib. Bu məqsədlə ümumi uzunluğu 64711 metr olan polietilen və 38000 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, 630 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mingəçevir şəhərinin Tərəvəzçilik sovxozunda, Mingəçevir kəndində, eləcə də Naxçıvan, Natəvan və Samux küçələrində yaşayan 300 abonentin mənzilinə də ilk dəfə "mavi yanacaq" verilib. Adıçəkilən ərazilərin qazlaşdırılması üçün 12640 metr uzunluğunda polietilen, 31857 metr uzunluğunda müxtəlif diametrli polad borularla qaz xətləri çəkilib, 300 ədəd sayğac və 210 fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti