...

"Cənub dəhlizi" Cənubi Qafqaz və Avropa üçün vacib rol oynayacaq - Brayza

Energetika Materials 29 Dekabr 2011 19:06 (UTC +04:00)
"Cənub qaz dəhlizi" təkcə Cənubu Qafqaz üçün deyil, həmçinin bütün Avropa üçün vacib rol oynayacaq.
"Cənub dəhlizi" Cənubi Qafqaz və Avropa üçün vacib rol oynayacaq - Brayza

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir V.Javoronkova/

"Cənub qaz dəhlizi" təkcə Cənubu Qafqaz üçün deyil, həmçinin bütün Avropa üçün vacib rol oynayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, 2011-ci il enerji sektoru üçün çox səmərəli olub.

"Məqsəd Türkiyə və Azərbaycan şirkətlərinin ümumi razılığa gəlmələrinə və Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqli üzrə sazişi imzalamalarına kömək etmək olub", - Brayza bildirib.

Brayzanın sözlərinə görə, o, qarşıdakı aylarda enerji sektorunda investisiyaların artmasını gözləyir.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qaz bu layihələr üçün əsas mənbə qismində nəzərdən keçirilir.

Oktyabrın sonlarında Azərbaycan və Türkiyə qaz sazişləri paketini imzalayıblar. Paketə "Şahdəniz"in ikinci mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, eləcə də Azərbaycan qazının Avropaya Türkiyə ərazisindən nəqli üçün tranzit sazişi məsələləri daxildir. Tranzit sazişi "Cənub dəhlizi" çərçivəsində Azərbaycan qazının Avropaya nəqli layihələrinin həyata keçirilməsi üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti