Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.İsmayılov/
Lənkəran və Şəmkir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar, yanvarın 13-də saat 10:00-dan 18:00-dək "Lənkəran" qazpaylayıcı stansiyasında, "Çinarlı" və "Şəmkir" avtomatik qazpaylayıcı stansiyalarında qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan zaman Lənkəran şəhəri daxil olmaqla, Digah və Şilavar kəndləri, həmçinin Şəmkir şəhəri daxil olmaqla, rayonun Çinarlı və Dəllər qəsəbələri, Əliyaqublu, Təzəkənd, Düzqışlaq, Dəllər-Cırdağan, Dəllər-Daşbulaq, Qaranühü, Çaparlı, Məşhədi Hüseynli və Yeni həyat kəndlərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranacaq.