...

ARDNŞ-nin işçisi vəfat edib

Energetika Materials 4 Fevral 2012 13:15 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respulikası Dövlət Neft Şirkəti) "Neft Daşları" NQÇİ-nin operatoru Şakir Gözəlov vəfat edib.
ARDNŞ-nin işçisi vəfat edib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respulikası Dövlət Neft Şirkəti) "Neft Daşları" NQÇİ-nin operatoru Şakir Gözəlov vəfat edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, Gözəlov növbəyə getmək üçün Bakı dəniz limanında "General Əsədov" sərnişin gəmisinə mindikdən sonra özünü pis hiss edib.

Gəminin həkimi ona tibbi yardım göstərməyə çalışsa da, lakin bu heç bir nəticə verməyib və Gözəlov dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti