...

Əlverişsiz hava şəraiti Xəzərdə yük daşımalarına təsir etməyib

Energetika Materials 8 Fevral 2012 11:33 (UTC +04:00)
Əlverişsiz hava şəraiti Xəzərdə yük daşımalarına təsir etməyib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən (ADXDG) məlumat verilib.
Əlverişsiz hava şəraiti Xəzərdə yük daşımalarına təsir etməyib

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti Xəzərdə yük daşımalarına təsir etməyib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən (ADXDG) məlumat verilib.

Məlumata əsasən, limanlar arasında neft yüklərinin çatdırılması normal rejimdə həyata keçirilir. Həmçinin, limanlar arasında bərə daşımaları həyata keçirilir.

"Hava şəraiti dəniz əməliyyatlarına təsir etməyib", - ADXDG-dən bildirilib.

Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq.

Xəbər lenti

Xəbər lenti