...

Bakının bir sıra rayonlarına qazın verilişi bərpa olunub

Energetika Materials 8 Fevral 2012 18:32 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakının Nizami və Sabunçu rayonlarına qazın verilişini bərpa edib.
Bakının bir sıra rayonlarına qazın verilişi bərpa olunub

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakının Nizami və Sabunçu rayonlarına qazın verilişini bərpa edib. Qaz verilişi Nizami rayonunda maye qaz daşıyan yük maşınının partlaması ilə əlaqədar dayandırılmışdı. Bu barədə çərşənbə günü Trend-ə İB-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib.

Eyvazlı bundan əvvəl bildirmişdi ki, Bakının bir sıra rayonlarına qazın verilişi saat 17:00-a qədər bərpa ediləcək.

Xətai rayonuna qazın verilişi yaxın vaxtlarda bərpa olunacaq.

Çərşənbə günü "Azəriqaz" Bakının Nizami, Xətai və Sabunçu rayonlarında qazın verilişini müvəqqəti dayandırıb.

Bu rayonlara qazın verilişi daha bir qəzadan yayınmaq üçün dayandırılıb.

"Maye qaz daşıyan yük maşını magistral qaz kəməri yaxınlığında aşdığına görə hər hansı qəzanın baş verməməsi üçün Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılıb", - Eyvazlı bir az əvvəl deyib.

Xəbər lenti

Xəbər lenti