Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.İsmayılov/
2011-ci ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyi 6,8 milyard kubmetrə yaxın qaz hasil edib. Trend-in məlumatına görə, bu barədə İB-nin baş direktoru Daşqın İsgəndərovun cümə günü "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyilir.
İsgəndərovun sözlərinə görə, ötən il İB 7,15 milyon tona yaxın neft hasil edib.
İB 14 dəniz neft və qaz-kondensat və 17 quru neft-qaz yatağını istismar edir.
İsgəndərov deyib ki, 2011-ci ildə 76 quyu istismara verilib ki, onlardan 213,16 min tona yaxın neft hasil olunub.
ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.
ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.