Azərbaycan, Bakı, 2 mart /Trend/
Bakı şəhərinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in cümə günü ARDNŞ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, B.Sərdarov küçəsində yolun genişləndirilməsi işlərinin aparılması ilə əlaqədar olaraq, martın 4-də saat 11:00-dan "Yeni Bakqaz" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri zamanı Səbail rayonuna, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə mavi yanacaq məhdudiyyətlə veriləcək.