...

Azərbaycan Rusiyaya qazın verilişini yaxın müddətdə bərpa edəcək

Energetika Materials 13 Mart 2012 14:32 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın müddətdə Rusiyaya qazın tədarükünü bərpa edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə hökumətdəki mənbə bildirib.
Azərbaycan Rusiyaya qazın verilişini yaxın müddətdə bərpa edəcək

Azərbaycan, Bakı, 13 mart /Trend müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın müddətdə Rusiyaya qazın tədarükünü bərpa edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə hökumətdəki mənbə bildirib.

"Qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb və yaxın müddətdə bərpa ediləcək", - mənbə qeyd edib.

Onun sözlərinə görə, digər ixaracat istiqamətləri üzrə qazın tədarükü normal rejimdə həyata keçirilir. Xüsusən Türkiyəyə sutka ərzində təxminən 12 milyon kubmetr, Gürcüstana isə 5 milyon kubmetrə yaxın qaz tədarük edilir.

Xəbər lenti

Xəbər lenti