...

Azərbaycan neftinin qiymətləri: 12-16 mart həftəsinin yekunları

Energetika Materials 17 Mart 2012 13:14 (UTC +04:00)
12-16 mart həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 127,86 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 12-16 mart həftəsinin yekunları

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir A.Bədəlova/

12-16 mart həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 127,86 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 0,54 dollar çoxdur.

12-16 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 129,17, minimum isə 125,97 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

12-16 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 121,58 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 0,34 dollar/barel azdır.

12-16 mart həftəsində URALS-ın qiyməti maksimum 123,36, minimum isə 119,33 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

12-16 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 125,99 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 0,35 dollar/barel azdır.

12-16 mart həftəsində "Brent Dated"in qiyməti maksimum 127,62, minimum isə 123,83 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti