...

Türkiyə artıq bu il Qətərdən qaz idxalına başlaya bilər

Energetika Materials 21 Aprel 2012 14:57 (UTC +04:00)
Qiymətlə bağlı razılaşma əldə olunsa, Türkiyə artıq bu il Qətərdən maye qazın idxalına başlaya bilər.
Türkiyə artıq bu il Qətərdən qaz idxalına başlaya bilər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Tağıyeva/

Qiymətlə bağlı razılaşma əldə olunsa, Türkiyə artıq bu il Qətərdən maye qazın idxalına başlaya bilər. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. Bu barədə Trend şənbə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.

Nazirin sözlərinə görə, Türkiyə bu il Qətərdən 3 milyard kubmetrə yaxın qaz idxal etmək fikrindədir.

O, həmçinin qeyd edib ki, Türkiyə qazın Qətərdən özəl sektor tərəfindən idxal ediləcəyi və ya bununla BOTAŞ boru kəməri şirkətinin məşğul olacağı məsələsinə baxır.

Bundan əvvəl Türkiyə qazın qiyməti ilə razılaşmadığına görə İrana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

Xəbər lenti

Xəbər lenti