Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Axundov/
Azərbaycanda bioloji qazdan elektrik enerjisi hasilatı üzrə kompleks tikiləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirib.
"Kompleksin təməli noyabrda qoyulacaq, tikinti işləri iki il davam edəcək", - Məmmədov deyib.
Onun sözlərinə görə, zavodun yanında onu xammalla təmin edəcək iri heyvandarlıq kompleksi tikiləcək.