Azərbaycan, Bakı, 24 may / Trend , müxbir E.İsmayılov /
Mayın 24-nə olan məlumata görə, Azərbaycanda əhaliyə satılan qazın gündəlik həcmi 5,4 milyon kubmetr təşkil edib. Bu rəqəm aprelin 26-da 7,5 milyon kubmetr olub. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.
Əhaliyə gündəlik satılan qazın ümumi həcmindən 3,4 milyon kubmetr Bakının payına düşür.
"Başqa regionlarda əhaliyə gündəlik qaz satışı 2 milyon kubmetr səviyyəsindədir. Hava şəraitinin yaxşılaşması ilə əlaqədar əhalinin qaza tələbatı azalır", -İB-dən bildiriblər.
"Azəriqaz"dan deyiblər ki, satılan qaz həcmləri tələbatla müəyyən edilir və istehlaklçıların tələbatını tam ödəyir.