...

Bakı Ali Neft Məktəbi və Heriot-Watt Universiteti birgə diplomlar verəcəklər

Energetika Materials 24 May 2012 19:41 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın Heriot-Watt Universiteti cümə axşamı Bakıda mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərinə dair müqavilə imzalayıblar.
Bakı Ali Neft Məktəbi və Heriot-Watt Universiteti birgə diplomlar verəcəklər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.İsmayılov/

Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın Heriot-Watt Universiteti cümə axşamı Bakıda mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərinə dair müqavilə imzalayıblar.

Trend-in məlumatına görə, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Heriot-Watt Universitetinin rektoru Stiv Çapman imzalayıblar.

Müqaviləyə əsasən, 2012-2017-ci illərdə həyata keçiriləcək tədris prosesi əsasında Bakı Ali Neft Məktəbinin məzunlarına hər iki ali məktəbin diplomlarının verilməsi nəzərdə tutulub.

İmzalanma mərasiminin yekununda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib ki, yeni ali təhsil müəssisəsi şirkəti texniki mühəndis ixrtisası sahəsində yerli ingilisdilli mütəxəssislərlə təmin etmək məqsədilə yaradılıb.

"İxtisaslı inglisdilli kadrlara ehtiyac ölkə daxilində və xaricində həyata keçirilən xeyli sayda layihələrlə izah edilir", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti