Azərbaycan, Bakı, 31 may /Trend, müxbir Ə.Həsənov/
Bakıda cümə axşamı "Novomet-Servis" MMC firma servis mərkəzləri şəbəkəsinə daxil olan yeddinci (Rusiya və MDB ölkələrində) firma servis mərkəzinin açılışı olub.
2007-ci ildən etibarən "Novomet" regionda neft hasilatı üçün sualtı avadanlıqların təchizatı ilə məşğul olur və avadanlıqların təmiri üzrə servis xidmətlərini yerinə yetirir.
"Biz ölkədə fəaliyyəti genişləndirmək üçün Bakıda servis mərkəzinin açılması haqqında qərar qəbul etdik, - bunu çərşənbə günü Trend-ə "Novomot-Servis" MMC-nin rəhbərlərindən biri Fərhad Hafizov bildirib. - İndiyədək biz Rusiyada (Rusiyada beş mərkəz açılıb) və Qazaxıstanda tanınırdıq".
Onun sözlərinə görə, yaxın iki ayda Misirdə servis mərkəzinin açılması planlaşdırılır.
Hazırda Azərbaycan ərazisində məhsulların əsas istehlakçıları aşağıdakılardır: "Absheron Operating Company Limited", "Karasu Operating Company Limited".
Mərkəzin açılışında "Novomet-Perm" QSC və "Novomet-Servis" MMC-nin rəhbərləri Oleq Perelman və Fərhad Hafizov, şirkətin aparıcı mütəxəssisləri, həmçinin regiondakı neftçıxarma şirkətlərinin nümayəndələri iştirak ediblər.
"Novomet" şirkətlər qrupu neftin mexaniki üsulla çıxarılması üçün müasir avadanlıqlar buraxan, quyular üçün mərkəzdənqaçma elektrik nasosu qurğularının seçilməsini yerinə yetirən, supervayzinq və digər servis xidmətləri göstərən dinamik inkişafda olan yenilikçi müəssisədir.
Son illərdə müəssisə mürəkkəb istismar şəraitində avadanlıqların yaradılmasına və silsilə istehsalına yönəldilmiş strategiya üzrə fəaliyyət göstərir. Bu, 4500 metrə qədər təzyiqə və sutkada 6000 kubmetr verilməyə malik olan 3-9 qabaritli tamkomplektli sualtı quraşdırma, həmçinin yerüstü üfüqi və şurflama proseslərində layın təzyiqinin saxlanılması üçün sistemlərdən ibarətdir.
2011-ci ildə "Novomet-Perm" QSC tərəfindən hasil edilən məhsul həcmi 6,5 milyard rubl olub ki, bu da 2010-cu il ilə müqayisədə 40 faiz təşkil edib.
"Novomet" hər il neft sualtı avadanlıqlar bazarına yeni məhsullar çıxarır. Şirkət heç vaxt yerində saymır, yeni ideyalar axtarır, elmi araşdırmalara böyük sərmayələr qoyur və istehsalat praktikasını fəal şəkildə tətbiq edir. Keçən il üzrə yeni məhsulların payı rekord həddə çataraq 28,8 faiz təşkil edib (bütün dünyada artıq 15 faiz yaxşı nəticə sayılır).
Keçən il "Novomet" - "Novomet-Servis" MMC DŞ tərkibinə daxil olan neft servis şirkətinin satışları da artıb. 2010-cu illə müqayisədə 2011-ci ildə realizasiya həcminin artımı 27 faiz təşkil edib, quyu fondu isə 385 vahid artıb.