...

BOTAŞ-ın infrastrukturu TANAP-ı əvəz edə bilər - BP

Energetika Materials 4 İyun 2012 11:15 (UTC +04:00)
Əgər TANAP qaz kəməri müəyyən olunmuş müddətə hazır olmasa, Azərbaycan qazının nəqli üçün BOTAŞ-ın infrastrukturundan istifadə oluna bilər.
BOTAŞ-ın infrastrukturu TANAP-ı əvəz edə bilər - BP

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Tağıyeva/

Əgər TANAP qaz kəməri müəyyən olunmuş müddətə hazır olmasa, Azərbaycan qazının nəqli üçün BOTAŞ-ın infrastrukturundan istifadə oluna bilər. Bu barədə Britaniyanın BP şirkətinin Türkiyədəki nümayəndəsi Bad Fakrell "Sabah" qəzetinə müsahibəsində deyib. O, həmçinin BP Turkey şirkətinin Azərbaycan və Gürcüstandakı fəaliyyətinə görə məsuliyyət daşıyır.

"TANAP layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar uğurla aparılır. Əgər bu qaz kəməri vaxtında hazır olmasa, BOTAŞ-ın infrastrukturundan istifadə mümkün olacaq", - Fakrell bildirib.

Onun sözlərinə görə, Avropaya "Şahdəniz" yatağından qaz ixracı üçün ümumi dəyəri 40 milyard dollar olan altı layihənin həyata keçirilməsi lazımdır. Fakrell bildirib ki, bu, reallaşdırılması zəruri olan iri enerji layihəsidir.

Xəbər lenti

Xəbər lenti