...

ARDNŞ Xəzərdə üç quyunu istismara verib

Energetika Materials 4 İyun 2012 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/

Mayın üçüncü ongünlüyündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) Geoloji xidməti qazma işlərindən sonra üç quyunu istismara verib. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.

Xüsusən, "Günəşli-13" platformasında sutkalıq hasilatı 94 ton neft və 19 min kubmetr qaz olan neft-qaz quyusu, həmçinin, "Neft Daşları-1887" platformasında sutkalıq hasilatı 20 ton neft olan quyu istismara verilib.

Əsaslı təmirdən sonra "Günəşli-14" platformasında sutkalıq hasilatı 70 ton neft və 7 min kubmetr qaz olan quyu istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti