...

İyula qədər İsveçrədəki aktivlər ARDNŞ-nin tam idarəçiliyinə keçəcək

Energetika Materials 5 İyun 2012 13:59 (UTC +04:00)
İyulun 15-dək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İsveçrədə alınmış aktivlər üçün vəsaitin qalmış hissəsini ödəyəcək.
İyula qədər İsveçrədəki aktivlər ARDNŞ-nin tam idarəçiliyinə keçəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

İyulun 15-dək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İsveçrədə alınmış aktivlər üçün vəsaitin qalmış hissəsini ödəyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl ARDNŞ tərəfindən 30 milyon dollar həcmində 10 faizlik əvvəlcədən ödəniş təmin edilib.

"ARDNŞ-nin İsveçrədə aldığı aktivlərin ümumi dəyəri 330 milyon dollar təşkil edir. Qalan 300 milyon dollar ödənişdən 200 milyon dolları avroistiqrazların yerləşdirilməsi, 100 milyon dolları isə şirkətin şəxsi vəsaitləri hesabına təmin ediləcək", - Qasımov deyib.

Vitse-prezidentin sözlərinə görə, həmin vəsaitlərin ödənişi aktivlərin iyulun 1-dək ARDNŞ-nin balansına keçməsi üçün iyunun 15-dək həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti